Türkiyənin hərbi-siyasi rəhbərliyi sabah İordaniyaya səfər edəcək

Türkiyənin hərbi-siyasi rəhbərliyi sabah İordaniyaya səfər edəcək
DÜNYA
15:58 08.03.2025
344

Türkiyənin hərbi-siyasi rəhbərliyi martın 9-da İordaniyaya səfər edəcək.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Ammana gedəcəklər.

Səfər çərçivəsində onlar İordaniya, İraq, Livan və Suriyanın xarici işlər və müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəisləri ilə görüşdə iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR