AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, "Bora 12" adlanan silahı türkiyəli mühəndislər hazırlayıblar. Mühəndislər bu silahın üzərində 5 il çalışıblar. "Bora 12" Türkiyənin ilk milli uzun mənzilli snayperi olmaq özəlliyinədə sahibdir.Silah iştirak etdiyi beynəlxalq sərgilərdədə rəqiblərindən fərqlənməyi bacarıb. Belə ki, "Bora 12" Pakistanda keçirilən atış yarışının qalibi olub. 7,62 mm çaplı,1000 metr nöqtə hədəfi, 1200 metr təsirli hədəfə malikdir.İstehsal rəhbəri Mehmet Demirel silahın bir çox Avropa ölkəsinə ixrac edildiyini deyib. "100 faiz türk malı, öz istehsalımızdır. Öz konseptində dünya birincisi olmuş bir silahdır. Özəlliklə Azərbaycan Ordusunun milli silahı qismindədir.Silahın istehsalında ən son texnoloji robotlardan istifadə edilir".