AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Tarkan evliliyə o qədər isti münasibət bəsləmədiyini deyib. "Bəzən istisnalar olsa da, əsl sevgi qarşılıqsız, oyunsuz, şəffaf olmalıdır. Sevgidən ümidimi kəsməməyimə səbəb də bu istisnalardır. Amma ruh əkizimlə yolların kəsişsə hər şey dəyişə bilər. Həmişə onun yolunu gözləyirəm."Müğənni sərbəst, dəli-dolu, azadlığını çox sevən insan olduğunu deyib. "Bu mənim təbiətimdədir. Bu həyatdır, sabah nə olacağını bilmirəm. Yetər ki əsl sevgi olsun, iki qəlb bir olsun".