Türkiyənin məşhur aktyoru evində ölü tapıldı

Türkiyənin məşhur aktyoru evində ölü tapıldı
DÜNYA
19:06 30.09.2018
5812
"Yeşilçam" filmlərinin əfsanələrindən sayılan Kemal İnci İzmirdəki evində ölü tapılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, infarkt səbəbindən öldüyü ehtimal edilən aktyora bir müddət öncə xərçəng diaqnozu qoyulmuşdu.

O, son illərdə "Eşkiya", "Hokkabaz", "Kabadayı" və "Düğün Dernek" filmlərində rol alıb.

Qeyd edək ki, dünən gecə Türkiyənin daha bir məşhur aktyoru Mehmet Uslu da müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR