Türkiyənin tanınmış aktyoru Uğur Polad mübahisə etdiyi şəxslər tərəfindən döyülüb. Hadisə İstanbulun Taksim ərazisindəki məkanlardan birində baş verib.
Məlumata görə, gecə klublarından birində səhərə qədər əylənən aktyor səhərə yaxın yeməkxanaya şorba yeməyə gedib. Yeməkxananın əməkdaşları isə məkanın bağlandığını deyərək Poladı bayıra çıxarıb.
“Siz mənim kim olduğumu bilirsnizmi?” – deyə çığıran aktyor məkan işçilərinə söyərək onları təhqir etməyə başlayıb. Təhqirlərə bir müddət davam edən Polad daha sonra işçilərin hücumuna məruz qalaraq döyülüb. Axırıncı zərbədən sonra huşunu itirən aktyor bir müddət yıxıldığı yerdə qalıb. Daha sonra özünə gələn Uğur Polad çətinliklə ayağa qalxaraq hadisə yerindən uzaqlaşıb.
Baş vermiş hadisəni isə yerli TVeM telekanalında yayımlanan “Gözlem” adlı səhər proqramının operatoru kamera ilə çəkməyə müvəffəq olub.
Qeyd edək ki, Uğur Polad 50-dən çox filmdə və serialda çəkilib, 30-a yaxın teatr tamaşasında rol oynayıb.