Türkiyənin aparıcı aviaşirkəti olan Türk Hava Yolları (THY) təyyarədə siqaret çəkən 245 sərnişinin uçuşuna qadağa qoyub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu aviaşirkətin baş direktoru Bilal Ekşi deyib.
Onun sözlərinə görə, şirkət artıq sərnişinlərə rəsmi xəbərdarlıq edərək bu vərdişi tərgitmələrini istəyib.
Ekşi açıqlamasında bunları deyib:
"Lütfən, təyyarədə siqaret çəkməyə çalışmayın. Son 5 ayda təyyarədə siqaret çəkən 245 nəfər uçuş qadağası siyahısına salınıb. Siz də cərimələnə bilərsiniz. Xahiş olunur, həm özünüz, həm də digər sərnişinlərin sağlamlığı üçün bunu etməyin".
Mikayıl