Türkiyənin məşhur bölgəsi risk altında: hər an fəlakət baş verə bilər

Türkiyənin məşhur bölgəsi risk altında: hər an fəlakət baş verə bilər
DÜNYA
23:35 15.06.2022
515
Ötən il sel fəlakətinin baş verdiyi Karadeniz bölgəsi yenidən risk altındadır.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Dəniz suyunun temperaturu və rütubətinin artmasına diqqət çəkən mütəxəssislərin sözlərinə görə, bu il bölgədə sel fəlakəti baş verə bilər.

2021-ci ilin yayında Sinop və Bartın başda olmaqla Kastamonu və Bozkurt vilayətlərində böyük sel fəlakəti yaşanıb.

80-dən çox insanın həyatını itirdiyi fəlakətdən sonra bu il Karadenizdə sel və daşqın ehtimalları qiymətləndirilir. (publika.az)
OXŞAR XƏBƏRLƏR