7 fevral tarixində "Boulevard Hotel Baku” otelində Türkiyənin məşhur " Medicalpark ” xəstəxanalar şəbəkəsinin Azərbaycan təmsilçiliyinin açılış mərasimi baş tutub.
Türkiyənin və Azərbaycanın tibb sektorunda təmsil olunan həkimlərin, media nümayəndərinin iştirak etdiyi açılış mərasiminə bir çox yerli qonaqlar da qatılıb.
Tədbirdə " Medicalpark ” xəstəxanasının xarici əlaqələr şöbəsinin rəhbəri Murat Ercan, uşaq ilik transplantasiyası sahəsində tanınan professor Akif Yeşilipek, orqan transplantasiyasında tanınan professor Ayhan Dinçkan və xəstəxanalar şəbəkəsinin Azərbaycan təmsilçisi Sənan Quliyev çıxış edərək "Medicalpark”la bağlı tədbir iştirakçılarına geniş məlumatlar veriblər.
"Medicalpark” xəstəxanasının Azərbaycan təmsilçisi Sənan Quliyev hazırda ölkəmizdə ilik nəqli və orqan transplantasiyası sahəsində ciddi xəstə artımının mövcud olduğunu və bununla bağlı hazırda "Medical Park”a kifayət qədər müraciətlərin ünvanlandığını bildirib:
"Türkiyədə 30-a yaxın xəstəxanaya sahib olan "Medicalpark” xəstəxanasının Azərbaycan təmsilçiliyinin qapısı bu gün öz səhhətinə çarə tapa bilməyən insanların üzünə açıqdır. Sümük iliyi ve orqan transplantasiyasına 4 mərkəzi olan "Medicalpark” xəstəxanası son illərdə belə şikayətlərlə azərbaycanlı xəstələrin də şəfa ocağına çevrilib. Biz müraciət edən xəstələrin öncədən bütün sənədlərini toplayıb, Türkiyədəki mərkəzimizə göndəririk.Bundan sonra xəstənin özünə və yaxınlarına problemin konkret kökünü və onun həlli istiqamətində atılmalı olan addımları həkim rəyi ilə bildiririk. Bundan sonra həmin xəstəni Türkiyəyə yola salırıq və elə orada da bizim əməkdaşlarımız xəstə ilə yaxından maraqlanıb, onu həkiminin yanına aparır. "Medicalpark” xəstəxanalar şəbəkəsi təkcə dünya səviyyəsində maddi-texniki təchizata deyil, həm də xəstəxanalarımızda xəstə yaxınlarının qonaqlaması üçün də imkanlar ən yüksək səviyyədədir”.
Tədbirdə "Həyat Fondunun” təsisçisi Hacı Nuran, tanınmış modelyer Fəxriyyə Xələfova, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Türkiyənin 17 şəhərində 30-a yaxın xəstəxanaya sahib olan "Medicalpark” 1993-cü ildən fəaliyyət göstərir. "Hər kəs üçün sağlamlıq!” devizi ilə fəaliyyətdə olan xəstəxana orqan transplantasiyası, ilik nəqli və bir çox çətin xəstəliklərin müalicə olunduğu ən güvənilən xəstəxana kimi tanınır. Dünyanın bir çox ölkələrindən xəstəxanaya xəstə qabulu həyata keçirilir.
"Medical Park”ın Azərbaycan təmsilçiliyi:
Ünvan: Azadlıq prospekti 141 A, Dostluq parkı
012-441-19-35, 051-588-87-86