Türkiyənin Milli Müdafiə naziri azərbaycanlı general və heyəti qəbul etdi - VİDEO

Türkiyənin Milli Müdafiə naziri azərbaycanlı general və heyəti qəbul etdi - VİDEO
SİYASƏT
16:36 16.07.2020
1172
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı Ramiz Tahirov və onu müşayiət edən heyət Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Bu barədə "HaberGlobal” məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərlə yanaşı, Quru Qoşunları Komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələri Komandanı Hasan Küçükakyüz və Dəniz Qüvvələri Komandanı Adnan Özbalın da iştirak etdiyi görüşün əvvəlində çıxış edən H.Akar hücumlardan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev, özünün isə azərbaycanlı həmkarı Zakir Həsənovla danışaraq, hadisələri yaxından izlədiklərini bildirib.

H.Akar baş verənlərlə bağlı lazım olan hər şeyin ediləcəyini vurğulayıb:

"Azərbaycanın Tovuz bölgəsinə təşkil edilmiş alçaqcasına hücumu şiddətlə qınayırıq. Azərbaycan türkünün ağrısı bizim ağrımızdır. Orada yaşadığının istənilən çətinliyin burada da çox dərin şəkildə hiss edildiyini hamınızın bilməsini istəyirəm”.

Türkiyənin Milli Müdafiə naziri Azərbaycan sərhədlərinin toxunulmazlığının qorunması üçün qəhrəmancasına şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyib, yaralılara tezliklə şəfa arzulayıb:

"Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Şəhidlərin qanlarının yerdə qalmayacağına əmin olduğumuzu da ifadə etmək istəyirəm. Dağlıq Qarabağın heç bir əsas olmadan qanunsuz şəkildə işğalını qəbul etməyimizin mümkün olmayacağını hər platformada söylədik, söyləməyə də davam edəcəyik. Bu mövzuda azərbaycanlı qardaşlarımızın, igid insanların aparacağı mübarizədə onlarla bərabər olduğumuzu cənab prezidentimiz başda olmaqla Türkiyədə mülki-hərbçi - hər kəs ifadə edir. Bütün xalqımız bu hissləri və düşüncələri bölüşür. "İki dövlət, bir millət” olduğumuza bütün qəlbimizlə inanırıq. Dilimiz, dinimiz, tariximiz, anlayışımız birdir, bərabərdir. Kədərdə və sevincdə bir və bərabərik. Cənab Prezidentimizin ilk andan etibarən ifadə etdiyi kimi, bu, həqiqətən də ermənilərin boyunu aşan bir təşəbbüsdür. Biz də deyirik ki, bu qurduqları tələnin altında qalacaq, bu tələdə boğulacaq və mütləq etdiklərinin hesabını verəcəklər”.

Türkiyəli general ölkələrimiz arasında dostluq, qardaşlıq, birlik və bərabərliyin vacib olduğuna diqqət çəkib:

"Azərbaycanlı qardaşlarımızla istənilən hücuma qarşı bundan əvvəl necə bərabər olmuşuqsa, bundan sonra olmağa davam edəcəyik. Azərbaycanlı qardaşlarımızla bir və bərabərik, ağrılarını ürəyimizdə hiss edirik, biz Türkiyə Cümhuriyyəti, Türkiyə Silahlı Qüvvələri olaraq, nə etməliyiksə bu günə qədər olduğu kimi, bundan sonra da etməyə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
01:16 13.10.2026
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
Niyə bəzi insanlar daha tez qocalır?
01:03 13.10.2026
Niyə bəzi insanlar daha tez qocalır?
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
00:50 13.10.2026
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
00:40 13.10.2026
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq