Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir gecə gözlənilmədən...”

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir gecə gözlənilmədən...”
DÜNYA
11:19 26.10.2023
190
Türkiyənin Milli Müdafiə Nazirliyi sosial media hesabında "Bir gecə gözlənilmədən" başlıqlı paylaşımla Şimali İraqda əməliyyat təşkil etdiyini açıqlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial media hesabından edilən açıqlamada aşağıdakı ifadələrdən istifadə edilib:

"PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq oktyabrın 25-i saat 21:00-da İraqın şimalında yerləşən Metina, Qara, Avaşin, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib”.

Separatçı Terror Təşkilatının istifadə etdiyi mağaralar, bunkerlər, sığınacaqlar və anbarlardan ibarət olmaqla, məsul terrorçuların da olduğu düşünülən cəmi 19 hədəf hava əməliyyatları ilə məhv edilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR