Türkiyənin NATO üzvü olan müttəfiq ölkələrdən gözləntiləri açıqlanıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin paytaxtı Vaşinqtonda jurnalistlərlə söhbətində danışıb.
O bildirib ki, Ankaranın əsas gözləntisi NATO-dakı müttəfiqlərin Türkiyənin terrorla mübarizəsinə dəstək vermələridir: "Regionda terror dövləti qura biləcəklərini düşünənlər üçün bu, sadəcə, heç vaxt gerçəkləşməyəcək bir xəyaldır”.