Türkiyənin “Qalatasaray” futbol komandası ilə bağlı maraqlı iddia ortaya çıxıb.
AZXEBER.COM-un məlumatına görə, “Cim-Bom”un transfer siyahısında Ermənistan millisinin və Ukraynanın “Şaxtyor” klubunun hücumçusu Henrik Mxitaryanın da yer aldığı bildirilir.
O, qış transfer dövrü üçün nəzərdə tutulan futbolçular siyahısına son isim kimi daxil edilib. 23 yaşlı oyunçu ilə Almaniyanın “Borussiya” (Dortmund) və “Şalke” komandaları da maraqlanır.