Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizə Komandanlığının əməkdaşları ölkənin Antalya əyalətinin Kaş rayonunda qayığın batma təhlükəsi ilə bağlı çağırışı nəticəsində 283 qanunsuz miqrantı xilas ediblər.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Sahil Mühafizə Komandanlığının açıqlamasında bildirilib.
Məlumata görə, qayıq Kaşın sahilindən 180 km məsafədə olub və həyəcan çağırışı edilib. Türkiyə xilasediciləri qanunsuz miqrantları daşıyan qayığa yardım göstəriblər. Onlar qayıqdan ticarət gəmisinə köçürülüb. Hadisə yerinə Sahil Mühafizə Komandanlığının 4 qayığı cəlb olunub. Miqrantlar Antaliyaya göndəriliblər.
Onların hansı ölkənin vətəndaşları olduqları barədə məlumat yayılmayıb.