Türkiyənin səfiri Abdullah Gülün Sarkisyanı təbrik etməsinə münasibət bildirdi

Türkiyənin səfiri Abdullah Gülün Sarkisyanı təbrik etməsinə münasibət bildirdi
16:55 22.02.2013
1333

Azərbaycanın hər hansı bir məsələsində, xüsusilə Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərlə bağlı Türkiyə qədər qərarlı və yaxın ölkə yoxdur.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiriİsmayıl Alper CoşkunTürkiyə prezidenti Abdullah Gülün Ermənistan prezidenti Sarkisyana təbrik məktubuna münasibət bildirərkən deyib.“Bu təbrik başqa cür başa düşülməməlidir. Bu protokol qaydalarına uyğun bir addımdır. Bu məsələyə hisslərlə yanaşmaq düzgün deyil. Qarabağ məsələsində Azərbaycanın yanında bir ölkə var, o da Türkiyədir”- deyə, səfir vurğulayıb.

OXŞAR XƏBƏRLƏR