Türkiyənin Üsküdar Universitetinin professoru azərbaycanlı rektorlarla görüşdü - FOTOLAR

Türkiyənin Üsküdar Universitetinin professoru azərbaycanlı rektorlarla görüşdü - FOTOLAR
SOSİAL
13:59 13.06.2023
407
Türkiyənin Üsküdar Universitetinin məşhur professoru, rektoru Nazife Güngör Azərbaycana səfər etdi. O, səfər çərçivəsində bir neçə universitetlərlə görüşüb ikitərəfli əməkdaşlığa imza atdı.

AZXEBER.COM xəbər verir ki, ilkin olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olan rektor, burada professor Ceyran Mahmudova ilə görüşüb. Keçirilən görüşdə qonağa bu ali təhsil ocağı haqqında məlumat verilib. Rektor ADMİU-nun Türkiyənin bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini söyləyib. Ceyran Mahmudova Üsküdar Universiteti ilə də ölkələrimizə fayda verəcək və əməkdaşlığı daha da möhkəmləndirəcək layihələr icra ediləcəyinə əminliyini bildirib.

Üsküdar Universitetinin rektoru Nazife Güngör də rektor kimi ilk səfərini Azərbaycana, ADMİU-ya etməkdən məmnun olduğunu bildirib. Tərəflər arasında birlikdə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, birgə seminar, konfrans, müsabiqə və tələbələrin şəxsi işlərinin sərgilərinin təşkili, animasiya, audiovizual sənətlər istiqamətində mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, gənc müəllimlərin təliminin təşkili, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və sair məsələlər müzakirə edilib.

Daha sonra Nazife Güngör Bakı Dövlət Universitetində (BDU) qonaq olub. Burada Türkiyənin Üsküdar Universiteti arasında elm və təhsil sahəsində akademik əməkdaşlıq protokolu imzalanıb.
Əməkdaşlıq protokolunu BDU-nun rektoru Elçin Babayev və Üsküdar Universitetinin rektoru Nazife Güngör imzalayıblar.

Rektor Elçin Babayev BDU-nun Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutu, Bilkent Universiteti, Ankara Universiteti, İstanbul Texniki Universiteti və digər tanınmış universitetləri, həmçinin qardaş ölkənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə yaxından əməkdaşlıq etdiyini, birgə layihələr həyata keçirdiyini qeyd edib. O, Üsküdar Universiteti ilə də ölkələrimizə fayda verəcək və əməkdaşlığı daha da möhkəmləndirəcək layihələr icra ediləcəyinə əminliyini bildirib.

Üsküdar Universitetinin rektoru Nazife Güngör rektor kimi ilk səfərini Azərbaycana, BDU-ya etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, BDU və Üsküdar Universiteti jurnalistika, biologiya, psixologiya, qarşılıqlı maraq doğuran digər təhsil və elm sahələri üzrə tədqiqatlar aparacaq.
Əməkdaşlıq protokolunda ikili diplom proqramları üzrə layihələrin həyata keçirilməsi, akademik heyətin və tələbələrin qarşılıqlı mübadiləsi də nəzərdə tutulur.

Sonda isə Türkiyənin Üsküdar Universitetinin rektoru, professor Nazife Güngörun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub.

Qonaqları salamlayan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, son illər qardaş Türkiyə universitetləri ilə ATU arasında əlaqələr daha da genişlənib: "Universitetimizin beynəlxalq əlaqələri günü-gündən inkişaf edir. Bir çox universitetlərin rektorları ilə elə bu zalda əməkdaşlıqlara imza atmışıq. ATU ildən-ilə müasirləşir, tədris prosesi daim təkmilləşdirilir. Buna ən bariz nümunə kimi, 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan keçməyimizi göstərə bilərəm. O cümlədən ikili diplom məsələləri həmişə diqqət mərkəzindədir. Bütün bu işlər görülərkən tələbələrimizin istək və maraqları nəzərə alınır”.
Görüşdə iki universitetin əməkdaşlıq edə biləcəyi sahələrlə bağlı ətraflı müzakirələr aparılıb. Sonda birgə fəaliyyətin çərçivələrini müəyyən edəcək memorandumun hazırlanıb imzalanması haqda qərar verilib.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
19:10 31.07.2026
Əlcəzairdə yol qəzası olub, 25 nəfər ölüb
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
18:58 31.07.2026
Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə etdi
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
18:42 31.07.2026
Xəzər rayonunda 45 kiloqram narkotik vasitə aşkarlandı
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
18:26 31.07.2026
Küveyt İranın pilotsuz uçuş aparatlarını vurduğunu açıqladı
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir