Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həlak olan hərbçilərinin sayı 2-yə çatıb.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Çavuşlar Ömür Ertuğrul Sarı və Muhammed Mustafa Koca yaralanaraq şəhid olublar.
Daha bir hərbçi isə yaralıdır.