“Türkiyənin Şuşada Baş Konsulluq açması Ermənistanın havadarları üçün önəmli mesajdır”- Deputat

“Türkiyənin Şuşada Baş Konsulluq açması Ermənistanın havadarları üçün önəmli mesajdır”- Deputat
SOSİAL
11:28 16.06.2023
161
13 iyun Azərbaycanda səfərdə olan Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şuşada baş konsulluq açmaqda hazır olduğunu bildirib.

"Cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, o binalarla bura bir hərəkət gətirdi. Amma Şuşaya qoyulacaq mehmanxana investisiyaları onu həm də cazibə mərkəzinə çevirəcək. Biz də Şuşada Baş Konsulluq açırıq”,- deyə Türkiyə prezidenti əlavə edib. 

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı verdiyi mühüm mesajlarla bağlı  Milli Məclisin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlama verib. 

"Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib  Ərdoğan ənənəyə sadiq qalaraq  ilk rəsmi dövlət səfərini Şimali Kipr Türk Respublikasından sonra Azərbaycana etdi.

Səfər zamanı Ulu öndər Heydən Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edildi.  İlham Əliyevlə ikitərəfli və çoxtərəfli görüşlər keçirildi. R.T Ərdoğan yeni vəzifəyə gətirilmiş nazirləri cənab prezidentə təqdim etdi. Bu günə qədər birgə işləmiş nazirlər yeni komanda ilə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün  fəaliyyətə davam edəcəklər.

Rəcəb Tayyib  Ərdoğan Şuşa şəhərində baş konsulluq açılmasına hazır olduqlarını  vurğuladı. Şuşada konsulluğun açılması  təkcə Ermənistan üçün yox, Ermənistanın havadarları üçün önəmli mesaj idi.

Zəngəzur dəhlizinin açılması ilə bağlı da çox önəmli mesajlar verildi. Bu məsələdə bir daha sonuna qədər Azərbaycanı dəstəklədiyini səsləndirmiş oldu. Şərqi Zəngəzurun dirçəlməsi, bərpa edilməsində  Türkiyə şirkətlərinin yaxından iştirakını davam etdiyəcəyini vurğuladı. Türkiyə prezidenti seçkidə dəstəyə görə Azərbaycana təşəkkürlərini çatdırdı”.

Naqif Həmzəyev qeyd edib ki, Ərdoğan demoqrafik məsələlərə də toxunub:

"Azərbaycan əhalisinin sayının artırılması ilə əlaqədar ailədə 5 uşağın olmasının vacibliyini səsləndirib. Həmçinin yaxın zamanda Türkiyə-Azərbaycan birgə Universitetinin fəaliyyətinin şahidi olacağımızın mesajını verdi. Azərbaycan ordu quruculuğunda Türkiyə modelinin əsas götürülməsi, birgə təlimlərin keçirilməsi, Azərbaycan ordu modelinin Türkiyə ordu modelinə uyğun inkişaf etdirilməsinə dəstək olacağını bəyan etmiş oldu. Ərdoğanın Azərbaycana səfəri münasibətlərimizin inkişaf etdirilməsinə, ticarət dövriyyəsinin artırılmasına birgə beynəlxalq layihələrdə iştiraka əla fürsət vermiş oldu. Bu səfərdən sonra birlikdə daha da böyük uğurlara imza atılacaq.

Zəngəzur dəhlizinin açılması türk dövlətlərinin bir-birinə intiqrasiya etməsinə, ticarət dövriyyəsinin artmasına böyük təkan olacaq”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə