Türkiyənin tanınmış aktyoru öldü - FOTOLAR

MARAQLI
00:57 26.01.2012
2192
Türkiyənin tanınmış aktyorlarından olan Ünsal Emre evində ölmüş vəziyyətində tapılıb.  
65 yaşlı sənətçinin ciyərində və böyrəyində problem olub. Uzun müddət səhhətində problem yaşayan aktyor ötən həftə oğlu Tansel Emre ilə danışaraq dünən həkimə getmək üçün növbəyə yazılıb. Lakin Tansel Emre dəfələrlə atasına zəng etsə də, onunla əlaqə saxlaya bilməyib. Bundan narahat olan sənətçinin oğlu polisə müraciət edib. Qapını açandan sonra aktyoru yatağında oturaq vəziyyədə tapıblar. Həkimlərin müayinəsindən sonra aktyorun keçindiyi məlum olub. Atasını doğum günündə itirdiyini deyən Tansel Emre, bunu heç zaman unuda bilməyəcəyini vurğulayıb.Əgər müəyyən dini tədbirlər vaxtında başa çatarsa bu gün, olmasa isə sabah Ünsal Emrenin cənazəsi Həsənköy qəbiristanlığında dəfn olunacaq.Aktyorun ən məşhur filmləri Hülya Avşarla çəkildiyi “Kısrak” və Emel Sayınla rol aldığı “Hicran”dır. Ümumiyyətlə, aktyor 450 filmdə rol oynayıb.
Ans Press
OXŞAR XƏBƏRLƏR