Türkiyənin məşhur aktyoru Kadir İnanır ağciyər xərçənginə tutulub. Bu barədə çərşənbə axşamı Trend "Milliyet" qəzetinə istinadən məlumat verir. Həkimlər ötən həftə rahatsızlığı səbəbindən xəstəxənaya yerləşdirilən İnanırda ağciyər xərçəngi aşkar ediblər. Hazırda müalicə üçün Üsküdarda özəl xəstəxanada yatan aktyorun vəziyyətinin çox yaxşı olduğu bildirilir. İnanırın yaxınlarının sözlərinə görə, sənətçinin müalicə üçün xaricə getməsi gündəmdə deyil.