Türkiyənin tanınmış jurnalisti həbs edildi

DÜNYA
16:00 29.03.2014
1281

Türkiyənin tanınmış jurnalisti, köşə yazarı Öndər Aytaç casusluq ittihamı ilə bağlı həbs edilib.

AZXEBER.COM xəbər verir ki, jurnalist Xarici İşlər Nazirliyinin Suriya ilə əlaqədar təhlükəsizlik iclasından xəbərdar olduğu iddiası ilə saxlanıb.Öndər Aytaç qatıldığı bir televiziya proqramında səs qeydlərindən xəbəri olduğunu bildirməsi səbəbiylə Ankarada polis tərəfindən saxlanılıb.Xatırladaq ki, 27 mart tarixində internetə sızan səs yazısında Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, XİN müşaviri Feridun Sinirlioğlu, MİT məsləhətçisi Hakan Fidan və Baş qərargah başçısı, general Yaşar Gülərin gizli danışıqları ifşa edilib.Xarici İşlər Nazirliyində 13 martda təşkil olunan həmin yığıncaqda Suriyadakı türk torpağı Süleyman Şah türbəsinə qarşı təhditlər və Türkiyənin Suriyaya qarşı siyasətindən danışılıb.

OXŞAR XƏBƏRLƏR