Türkiyənin tanınmış qadın müğənnisini sevgilisi güllələdi - FOTOLAR - VİDEO

DÜNYA
17:08 26.11.2012
6690
Şimali Kipr Türk Respublikasındakı "Babutsa" qrupunun solisi, tanınmış müğənni Başar Pınar Madak Maqosada güllələnib.
Onu 65 yaşlı məşuqu, iş adamı İbrahim Eşmen vurub.
Cinayətin səbəbinin qısqanclıq olduğu deyilir.
"Yanayım, yanayım, ateşlerde yanayım" mahnısından sonra məşhurlaşan "Babutsa" qrupunun solisti uzun müddətdən bəri birliklə yaşadığı Eşmenlə Maqosadakı evində dalaşıb. Dava zamanı çox hirslənən İbrahim Eşmen tapançanı çıxararaq qadına atəş açıb.
Ağır yaralanmış Madak xəstəxanaya aparılıb, Eşmen isə hadisə yerindən qaçıb.
Polis icarəyə götürülmüş maşınla aradan çıxmaq istəyən qoca məşuqu Lefkoşa yolunda tutaraq həbs edib.
Madakın durumunun təhlükəli olmadığı bildirilib.

OXŞAR XƏBƏRLƏR