Türkiyənin tanınmış simalarından Montellaya SƏRT REAKSİYA

Türkiyənin tanınmış simalarından Montellaya SƏRT REAKSİYA
İDMAN
13:27 25.06.2024
209
Türkiyəli aktyor Ahmet Mümtaz Taylan və müğənni Mustafa Sandal sosial şəbəkədə Türkiyə millisinin baş məşqçisi Vinçenso Montellaya sərt reaksiya veriblər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Avro 2024"də F qrupunda ikinci matçına çıxan Türkiyə Portuqaliyaya 3:0 hesabı ilə məğlub olub. 

"Real Madrid"də çıxış edən Arda Gülər ehtiyat heyətdə saxlayan Montella matçdan sonra verdiyi açıqlamada futbolçunun 30 dəqiqədən çox oynaya biləcək vəziyyətdə olmadığını bildirib. 

Bu açıqlamalardan sonra Arda Gülər ​​Türkiyənin Çexiya ilə çərşənbə günü keçirəcəyi oyundan əvvəl keçirilən məşqdə komandadan ayrı məşq edib. 

Müğənni Mustafa Sandal X hesabında etdiyi paylaşımla məşqçi Montellaya reaksiya verib.
 
Müğənni bu fikirləri səsləndirib:
 
"Nə olub, məşqçi, bu cəsarəti haradan və kimdən alırsan? Bu ölkənin, onun oğlunun, gündəmdə olan ən böyük istedadın qürurunu sındırmaqla münasibətin necədir? O cəsarət haradan və kimdən gəlir? Bura Türkiyə və türk futbolsevərləridir, başınıza gələnləri görəndə çaşıb qalacaqsınız, belə axmaq hərəkətlərlə şansınızı ələ keçirə bilməzsiniz" - deyə sərt reaksiya verib.

Aktyor Ahmet Mümtaz Taylan da "Arda Gülərə fikir vermə. Sən Türkiyənin gələcəyisən. Yaxşı olacaq" sözlərini yazıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR