Azərbaycanda Türkiyənin tanınmış sağlamlıq və gözəllik markası olan “Salkom” məhsullarının rəsmi veb səhifəsinin təqdimat mərasimi keçirilib.
Avropa, Asiya, Yaxın Şərqdə genişmiqyaslı fəaliyyətini davam etdirən firma ilk dəfə 2002-ci ildə Türkiyədə fəaliyyətə başlayıb. Qardaş ölkənin əsas kosmetik məhsullar istehsal edən brendlərindən biri olan “Salkom” məhsullarının Azərbaycanın müxtəlif bölgələrində də satışı həyata keçirilir.
Rəsmi “salkom.az” saytının təqdimatı zamanı şirkətin yaranma tarixi, məhsulların keyfiyyəti ilə bağlı ətraflı məlumatlar verilib. Tanınmış sənət adamlarının, ictimai xadimlərin də iştirak etdiyi tədbirdə üzərində şirkətin adı qeyd edilən tort da kəsilib.




