Ölkənin Təhsil Nazirliyi ilk addımını 81 bolgənin valilərinə yazılı müraciət göndərərək atıb.
Yazılı müracilət təhsil naziri Nəbi Avcının təsdiqı ilə göndərilib.
Müraciətdə bildirilir ki, özəl məktəblərdən dövlət məktəblərinə keçmək istəyən şağirdlər üçün şərtlər ləğv edilib. Beləliklə, bu tədris ilinin sonuna qədər "Camaat" məktəblərində oxuyan bütün şagirdlər minumum ballarla dövlət məktəblərinə keçə bilərlər.
Keçən ay da Gənclik və İdman Nazirinin nəzdnindəkı yataqxanalarda şərait yaradılmışdı. Sonra isə özəl "Camaat" yataqxanalardakı tələbələr dəvət olunmuşdu. İl ortasında dövlət yataqxanalarına keçmək şəraiti yaradılmışdı.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da çıxışlarının birində "Camaat" yataqxanalarında qalan tələbələrə səslənərək demişdi: "Dövlət yataqxanalarında boş yerlər aşkarladıq. Ən qısa vaxtda müraciət edin. Əgər yataqxanalarda yer olmasa da sizlər üçün otellərdə şərait yaradacağıq. Bunların zülmü ilə sizi əsla baş-başa qoymarıq".