Türkiyənin TODAİE İnstitutunun rektoru “ASAN xidmət”lə tanış oldu - FOTOLAR

Türkiyənin TODAİE İnstitutunun rektoru “ASAN xidmət”lə tanış oldu -  FOTOLAR
11:11 15.03.2013
959

14 mart 2013-cü iltarixindəTürkiyəvəOrtaŞərqDövlətİdarəçilikİnstitutunun (TODAİE)rektoruEyyubIsbirin başçılıq etdiyi türkiyəli professor müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, görüş zamanı Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlar barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha çevik, keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. “ASAN” xidmət dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasını, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etmək məqsədilə yaradılmışdır.

Qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildirmişlər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olmuş qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirmişlər. Görüşdə həmçinin Dövlət Agentliyinin elmi potensialının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılmışdır.

OXŞAR XƏBƏRLƏR