Türkiyənin videoçarxı Yunanıstanda gündəm olub

Türkiyənin videoçarxı Yunanıstanda gündəm olub
DÜNYA
15:04 31.10.2022
261
Türkiyə Yunanıstanda yenidən gündəmdədir.
 
AZXEBER.COM-un xəbərinə görə, 29 Oktyabr Cümhuriyyət Bayramı münasibəti ilə "Cümhuriyyətlə Böyüyürük, Türkiyənin Yüzyılına Qədər” mövzusu ilə tarixi məkanlarda 3D xəritəçəkmə şouları keçirilib. Bu görüntülər Yunan mətbuatının gündəminə çevrilib.
 
Belə ki, 29 Oktyabr Respublika Günü bütün ölkədə coşqu ilə qeyd olunub. Günün erkən saatlarında başlayan şənliklər axşam saatlarına qədər davam edib.
 
Qonşu mətbuat 'Türkiyə əsri' mövzulu video üçün qalmaqallı ifadələr işlədib. "Kathinerini” qəzeti prezidentliyin videosunu təxribat xarakterli adlandırıb. Xəbərdə "Egey bizimdir, Aralıq dənizindəyik” sözləri diqqət çəkib.
 
Qeyd edək ki, yunan mətbuatı bu görüntüləri oxucularına Türkiyənin Yunanıstana meydan oxuması kimi təqdim edib.
 
Mikayıl


 

OXŞAR XƏBƏRLƏR