Türkiyənin vitse-prezidenti: "Məqsədimiz regionda sabitliyin təmin olunmasıdır"

Türkiyənin vitse-prezidenti: "Məqsədimiz regionda sabitliyin təmin olunmasıdır"
SİYASƏT
16:12 05.11.2022
267
"Bizim məqsədimiz regionda sabitliyin təmin olunmasıdır".

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə Şuşada keçirdiyi brifinqdə deyib.

O, bunun üçün nə lazımdırsa, edəcəklərini bəyan edib.

Türkiyənin vitse-prezidenti bildirib ki, hər kəs - xüsusilə gənclər Qarabağda və bölgənin ən gözəl şəhəri olan Şuşada olmalıdırlar: "Azərbaycana gəldiyim ilk gündən qonaqpərvərliyini nümayiş etdirən hər kəsə, o cümlədən həmkarım Əli Əsədova minnətdaram".
OXŞAR XƏBƏRLƏR