Sentyabrın 27-də başlayan hücumlar Ermənistanın Tovuzda həyata keçirdiyi təxribatın davamıdır.
AZXEBER.COM-un məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarında işğalçıdır:
"Ermənistan bu bölgədə sülh və sabitliyin qarşısında ən böyük maneə olduğunu dəfələrlə bütün dünyaya nümayiş etdirib”.
Vitse-prezident əlavə edib ki, Dağlıq Qarabağ və ətraf ərazilərin 28 ildir davam edən işğalının sona çatdırılması üçün hər hansı konkret addımlar atılmayıb:
"Ermənistanın artmaqda olan təxribatları və Azərbaycan torpaqlarına hücumları Azərbaycanın səbr kasasını daşırıb və ölkəni beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə haqqının istifadəsinə vadar edib”.