Türkiyənin XİN başçısı: "Misirlə əlaqələrdə yeni dövr başlayır"

Türkiyənin XİN başçısı: "Misirlə əlaqələrdə yeni dövr başlayır"
SİYASƏT
11:33 14.04.2021
354
"Türkiyə-Misir əlaqələri üçün yeni bir dövr başlayır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Rəsmi Ankaranın Misirə səfir təyin edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazir deyib: "Bu məsələni hələlik müzakirə etməmişik. Xarici işlər nazirlərinin müavinləri və diplomatlar səviyyəsində bir toplantı olacaq. Səfir təyinatı məsələsi orada gündəliyə gələ bilər. Bu görüşün tarixi hələ ki məlum deyil”.

"Misirlə qarşılıqlı ziyarətlər olacaqmı” sualına isə M.Çavuşoğlu belə cavab verib: "Niyə olmasın. Qarşılıqlı ziyarətlər də, görüşlər də olacaq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR