Türkiyənin yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist xəstəxanaya yerləşdirildi

Türkiyənin yanğın bölgəsinə ezam olunmuş azərbaycanlı jurnalist xəstəxanaya yerləşdirildi
SOSİAL
18:54 31.07.2021
447
"APA TV”-nin Türkiyənin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, o yanğın bölgəsində tüstüdən zəhərlənib.

Xaqani Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra o, Marmaris Dövlət Xəstəxanasına yerləşdirilib. Ondan qan nümunəsi götürülüb və ilkin diaqnoz olaraq tüstüdən zəhərləndiyi təsdiqlənib.

OXŞAR XƏBƏRLƏR