Türkiyədə 62-ci hökumətin tərkibi məlum olub.
APA - nın məlumatına görə, avqustun 28-də gecə prezident Rəcəp Tayyip Ərdoğan tərəfindən Türkiyə Cümhuriyyətinin 62-ci hökumətini formalaşdırmaq səlahiyyəti verilən baş nazir əvəzi Əhməd Davudoğlu özünün qurduğu yeni hökumətin tərkibini açıqlayıb.
Prezident Ərdoğanla qısa görüşdən sonra Ə. Davudoğlu baş nazirin icra aparatının binasına gedərək, yeni hökuməti elan edib.
Yeni hökumətdə bu şəxslər təmsil edilir:
Baş nazir- Əhməd Davudoğlu
Baş nazirin müavini - Əli Babacan
Baş nazirin müavini - Numan Kurtulmuş
Baş nazirin müavini - Bülənt Arınç
Baş nazirin müavini – Yalçın Akdoğan
Xarici işlər naziri - Mevlut Çavuşoğlu
Ədliyyə naziri - Bəkir Bozdağ
Daxili işlər naziri - Əfkan Ala
Ailə və sosial siyasətlər naziri - Ayşənur İslam
Avropa Birliyi naziri - Volkan Bozkır
Elm, sənaye və texnologiya naziri - Fikri Işık
Əmək və sosial təminat naziri - Faruk Çəlik
Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə
İqtisadiyyat naziri - Nihat Zeybəkçi
Enerji və təbii ehtiyatlar naziri - Taner Yıldız
Kənd təsərrrüfatı, ərzaq və heyvandarlıq naziri - Mehdi Əkər
Gənclik və idman naziri - Akif Kılıç
Gömrük və ticarət naziri-Nurəttin Canikli
İnkişaf naziri-Cevdət Yılmaz
Mədəniyyət və turizm naziri-Ömər Çəlik
Maliyyə naziri-Məhmət Şimşək
Milli təhsil naziri- Nabi Avcı
Milli müdafiə naziri-İsmət Yılmaz
Meşə və su işləri naziri-Veysəl Əroğlu
Səhiyyə naziri-Məhmət Müəzzinoğlu
Nəqliyyat, dənizçilik və kommunikasiya naziri-Lütfi Əlvan