Türkiyənin yeni prezidenti Ərdoğan Azərbaycanda səfərdə

Türkiyənin yeni prezidenti Ərdoğan Azərbaycanda səfərdə
SİYASƏT
01:14 03.09.2014
1297

“Türkiyə və Azərbaycandakı seçkilərdən sonra dövlət və hökumət rəhbərlərinin ilk qarşılıqlı rəsmi səfərləri artıq ənənəyə çevrilib. Mən də Azərbaycan prezidenti İlham Əliyevin dəvətiylə qardaş Azərbaycana səfər etməkdən məmnunam”. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti kimi Azərbaycana ilk səfərə gələn Rəcəb Tayyip Ərdoğan hava limanında jurnalistlərə açıqlamasında deyib. 

Prezident bildirib ki, Azərbaycanla Türkiyəni tarixi, mədəni, milli köklər bir-birinə bağlayır, din və dil birliyi mövcuddur:  “Azərbaycanın müstəqilliyini qazandığı gündən bu yana birlikdə çalışaraq münasibətləri “strateji tərəfdaşlıq" səviyyəsinə qədər qaldırmışıq”. 

Ərdoğan deyib ki, Azərbaycan prezidenti ilə ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivlərinin bütün tərəfləri müzakirə olunacaq: “Həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəyik.  Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşümüz olacaq”. 

Türkiyə prezidenti iki ölkənin region üçün çox əhəmiyyətli olan böyük layihələrə imza atdığını da vurğulayıb: “Bakı-Tiflis-Ceyhan neft kəməri və  Bakı-Tiflis-Ərzurum qaz kəməri ölkələrimiz arasında enerji sahəsindəki işbirliyinin ən önəmli örnəkləridir. Bu iki layihə iki ölkə arasındakı münasibətlərə təkan verməklə yanaşı regional rifah və inkişafa da yardım edir. Azərbaycan qazını Türkiyəyə və ölkəmizin üzərindən Avropaya daşıyacaq olan TANAP-ın və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin də fəaliyyətə başlaması üçün işlər davam etdirilir”.

 Ərdoğan deyib ki, Azərbaycan prezidenti ilə görüşündə Cənubi Qafqazda sülh və  sabitliyin qorunub saxlanması da müzakirə mövzusu olacaq: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı görülən işlər barədə də müzakirə aparacağıq. Türkiyənin bununla bağlı görə biləcəyi işləri də dəyrləndirəcəyik”. 

Prezident qeyd edib ki, bu səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyinə inanır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO