Türkiyəyə müalicəyə gedən Elvinin səhhəti necədir?

MƏDƏNİYYƏT
23:24 05.06.2022
796
Xəbər verdiyimiz kimi, qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat üçün Türkiyəyə gedir. 

Aktyorun xanımı Elvina Ağayeva Axşam.az-a açıqlamasında bildirib ki, hələ müalicə gedir:

"Elvinin vəziyyəti qənatbəxşdir.  Həddindən artıq güc itirib, dərmanlarla yenidən əməliyyata hazırlayırlar. Elvinin immuniteti güclənməlidir, sonra əməliyyata alınacaq. Onu da qeyd edim ki, həqiqətən ağır və çətin gün keçiririk. Dua etməkdən başqa çarəmiz yoxdur. Biz bura gələndə həkimlər demişdi ki, hər günün bir hökmü var. Hər şeyə hazırlıqlı olun.  Burada yuxu nədir bilmirik, hamımız Elvinin bir an öncə əməliyyata hazır olmasını gözləyirik və dua edirik”.

OXŞAR XƏBƏRLƏR