Türkiyənin daha bir kanalında Azərbaycan musiqisindən bəhs olunub.
AZXEBER.COM-un məlumatına görə, 22 yanvar tarixində Türkiyənin NTV kanalında “ Makam Farkı” verlişində, aparıcılar Mehmet Barlas və Oğuz Haksever Azərbaycan musiqisindən bəhs ediblər.
Bülbül kimi bir sıra Azərbaycan sənətkarlarının ifa etdikləri musiqilər veriliş boyunca səslənib.
“Ayrılıq” mahnısı ilə bağlı aparıcılar şəxsi xatirələrindən də bəhs etdikdən sonra onlar bu mahnının musiqisinin anonim olduğunu söyləyiblər.
Qeyd edək ki, “Ayrılıq” mahnısının müəllifləri Fərhad İbrahim və Əli Səlimidir. Mahnı isə tanınmış sənətçi Yaqub Zurufçu tərəfindən ifa edilib. Mahnının müəllifləri haqqında məlumatı Yaqub Zurufçu öz müsahibələrinin birində söyləyib.
Gülnarə BAYRAMOVA