‘Türklər demişkən- bıkdım yaa’ - Deputat

‘Türklər demişkən- bıkdım yaa’ -  Deputat
14:37 23.03.2013
1993

Milli Məclisin deputatı Etibar Hüseynov “facebook” sosial şəbəkəsində öz şəxsi profili vasitəsi ilə müxalifətdə olanları səssizlikdə ittiham edib.

AZXEBER.COM-un məlumatına görə, millət vəkili bu il seçki ili olmasına baxmayaraq, ölkə gündəminin səssiz olmasından şikayətlənib: “Türklər demişkən- bıkdım yaa. Bu məmləkətdə nədən heç nə baş vermir?.. Saytları vərəqləməkdən yoruldum. Hec nə yoxdu. İnsanlarımız xəbər yanğısını Türkiyə, Rusiya saytlarında, TV-lərində söndürür. Nə vaxtadək? Guya ki, seçki ilidi. Başqa ölkələr olsaydı indi müxalifət liderləri öz fikirlərini, müsahibələrini dərc etdirmək ücün mətbuata milyonlar xərcləyərdilər. Bizim xəbərçilərsə pulsuz dərc etmək ücün informasiya dilənirlər az qala. Bəs hardadı müxalifət? İsa Qəmbər yumurta döyüşdürməkdən, Əli Kərimli çağa saxlamaqdan bezmədimi? Axı seçkilərə cəmisi 7 ay qaldı. Sonda da aləmə car cəkib deyəcəklər ki, bəs biz seçkilərdə qalib gəldik, amma iqtidar saxtalaşdırdı. Seçkini tanıyan xarici təşkilatları topa tutacaqlar ki, satıldılar. Milləti qınayacaqlar ki, bəs mitinqlərimizə gəlmədi.Və.s. və i. Hələ də vahid namizədləri yoxdu. Namizədliyə-namizəd kimi ironiya doğuracaq fikirdən başqa hec nə əmələ gətirə bilməyiblər. Deyəndə ki, yoxsunuz, tükənibsiniz- onda da xətirlərinə dəyir. Nə vaxtadək davam edəcək bu ölü sükut? Nə vaxtadək özü hərbi xidmətdə olmayan uşaq muşağı aldadıb çıxaracaqsınız küçələrə? Nə vaxadək əvvəl yazıb sonrasa üzr istəyib yalvaracaqsınız? Yetər artıq. Bu fərasətsizlik və qorxaqlığınızı malalamaq keçmir daha. Odur ki, özünüzdə cəsarət tapıb təslim olun. Ağ bayraq qaldırıb diz çökün, əfv diləyin bu iqtidardan, üzr istəyin bu xalqdan. Və gedin bacardığınız işin qulpundan tutmağa-yumurta döyüşdürməyə, papaq atmağa, çağa saxlamağa”.

OXŞAR XƏBƏRLƏR