Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək

Türkmənistan Prezidenti iyunun 21-də İrana səfər edəcək
DÜNYA
20:35 13.06.2022
369
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov iyunun 21-də İrana rəsmi səfər edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Səfərin 2 gün davam edəcəyi bildirilir. Səfər çərçivəsində ölkələr arasında əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılır.

Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.
OXŞAR XƏBƏRLƏR