Türkmənistanda seçkilər keçirilir, Berdiməhəmmədovun oğlu prezidentliyə namizəddir

Türkmənistanda seçkilər keçirilir, Berdiməhəmmədovun oğlu prezidentliyə namizəddir
DÜNYA
22:27 14.02.2022
482
Türkmənistan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, bazar ertəsi ölkədə növbədənkənar prezident seçkiləri üzrə seçki kampaniyasının birinci mərhələsi, namizədlərin irəli sürülməsinə başlanılıb.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, Türkmənistan Demokratik Partiyasının IX fövqəladə qurultayı hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun oğlu, Baş nazirin müavini Serdar Berdiməhəmmədovun 12 mart seçkilərində Türkmənistan prezidentliyinə namizədliyini irəli sürüb.

Ölkə qanunlarına əsasən, Türkmənistanda anadan olmuş, yaşı qırxdan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən ölkə vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan prezidenti birbaşa ölkə xalqı tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur.

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürürlər.

Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var - Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.

Serdar Berdiməhəmmədova gəlincə, o, 1981-ci ildə anadan olub və S.A.Niyazov adına Türkmənistan Kənd Təsərrüfatı Universitetini mühəndis-texnoloq ixtisası üzrə bitirib. 2008-2011-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq münasibətlər üzrə mütəxəssis olub.

2011-2013-cü illərdə o, həmçinin Cenevrədə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb, Avropa və beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis olub. 2018-ci ilin martında Serdar Berdiməhəmmədov Türkmənistan xarici işlər nazirinin müavini təyin edilib. Sonra yenidən Türkmənistan Məclisinə (parlament) deputat seçilib. 2019-cu ilin yanvarında Serdar Berdiməhəmmədov Türkmənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilərək, Axal vilayəti rəhbərinin müavini təyin edilib. 2019-cu ilin iyun ayında o, müavin vəzifəsindən azad edilərək bu vilayətə rəhbər təyin edilib. Serdar Berdiməhəmmədov 2020-ci ilin fevralından Türkmənistanın sənaye və tikinti istehsalı naziri vəzifəsində çalışır. 2021-ci ilin fevralından Baş nazirin müavini vəzifəsində çalışır. Serdar Berdiməhəmmədov həmçinin Beynəlxalq Axal-Təkə Atçılıq Assosiasiyasına və Beynəlxalq "Türkmən Alabay” Assosiasiyasına rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək