Türkmənistanın yeni səfiri Şuşaya gedib

Türkmənistanın yeni səfiri Şuşaya gedib
SİYASƏT
14:27 22.08.2022
382
Türkmənistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Şuşaya gedib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov tviter səhifəsində yazıb.

"Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri cənab Qurbanməmmet Elyasov Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya ilk səfərini edib. Səfir şəhərin tarixi yerləri ilə tanış olub, ona aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib", - paylaşımda qeyd olunub.

Türkmənistanlı diplomat işğal dövründə Şuşanın tarixi-memarlıq abidələrinə vurulmuş ziyan barədə də məlumatlandırılıb.
OXŞAR XƏBƏRLƏR