"FIFA Series – 2026” beynəlxalq turnirinin qalibi olan Azərbaycan milli komandası mükafatlandırılıb.
AZXEBER.COMxəbər verir ki, mərasim turnirin oyunlarının keçirildiyi Sumqayıt şəhərində təşkil olunub.
Futbolçulara mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, qurumun baş katibi Cahangir Fərəcullayev və digər rəsmi şəxslər təqdim ediblər.
Yarışda ikinci yeri Azərbaycan yığmasına penaltilər seriyasında 8:9 hesabı ilə məğlub olan Syerra Leone tutub.
Bürünc medallar isə Sent Lüsiya komandasına verilib.
Turnirin ən yaxşısı futbolçusu Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev seçilib.