Atatürk Kamallı quruma rəhbərlik edəcək
İyul ayının 14-də TURSAM Strateji Araşdırmalar Mərkəzinin İdarə Heyətinin növbəti iclası keçirilib. Ötən altı ay ərzində TURSAM-ın fəaliyyəti müzakirə olunub və qurumun rəhbəri Əhməd Şahidovun hesabat məruzəsi dinlənilib.
TURSAM rəhbəri Əhməd Şahidov başqa bir təşkilata rəhbərlik etdiyindən, TURSAM-dan istefa verdiyini bildirmiş və İdarə Heyətinin qərarı ilə TURSAM-a yeni rəhbər təyin olunmuşdur. Atatürk Kamallı yekdilliklə TURSAM-ın yeni rəhbəri təyin edilmişdir.
Atatürk Kamallı 1989-cu ildə Bərdə şəhərində doğulub. 2006-cı ildə Şuşa şəhər 12 saylı orta məktəbi, 2012-ci ildə isə Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasını bitirib. 2013-cü ildə “Yeni Nəsil” Gənclər Təşkilatını təsis etmiş və dünyanın bir çox ölkələrində, xüsusən də qardaş Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə iştirak etmişdir.