"Tut yeyirdim, elə bildim tikan batdı" - İlan 2 nəfəri sancdı - FOTO

"Tut yeyirdim, elə bildim tikan batdı" - İlan 2 nəfəri sancdı  - FOTO
SOSİAL
19:38 31.05.2017
1541
Havaların isinməsi sahələrdə sürünənlərin çoxalması ilə müşayət olunur. Əsasən əhalinin kənd təsərrüfatı ilə məşğul olan qismi ilanlardan əziyyət çəkir.
 
AZXEBER.COM  ARB 24-ə istinadla xəbər verir ki, belə hadisələrdən biri Goranboyda baş verib. İlan iki nəfəri sancıb.
 
Əmiraslan Ağayev (zərərçəkən): "Elə bildim ayağıma tikan batıb. Baxdım ki, ilandı. Soyundum gördüm qan axır. Mən onu ayaqlamışdım deyə, sancmışdı. "Batinka"nı da deşmişdi".
 
İlanın hücumuna məruz qalan digər zərərçəkmiş 28 yaşlı Falid Hüseynovdur. Onu ilan ağacda tut dərərkən sancıb.
 
Alid Hüseynov (zərərçəkən): "Getdim ki, bir az tut yeyim. Ağaca çıxanda əlimi sancdı".
 
Son bir həftədə ilansancmadan 6 nəfər zərər çəkib.
 


OXŞAR XƏBƏRLƏR