Tütün və spirtli içkilərin qiyməti qalxacaq

İQTİSADİYYAT
10:00 01.10.2013
2073

Rusiyada yeni aksiz dərəcələrinin 2014-ci il yanvarın 1-dən qüvvəyə minəcək

Rusiyada benzin, tütün məmulatları və spirtli içkilərə aksiz indeksləşdiriləcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə 2016-cı ilə kimi aksiz dərəcələrinin indeksləşdirilməsi haqqında qanun imzalayıb. Rusiyanın Vergi məcəlləsinə düzəlişlər sentyabrın 13-də Dövlət Duması Tərəfindən qəbul edilib, sentyabrın 25-də isə Federasiya Şurası tərəfindən bəyənilib. Yeni aksiz dərəcələrinin 2014-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Yeni aksiz dərəcələrinə əsasən Rusiyaa 2016-cı ilədək benzin, tütün məmulatları və spirtli içkilərin qiymətinin artacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR