"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxır.
Təmsilçimiz bu mərhələnin ilk oyununda Niderlandın "Tvente" klubunun qonağı olacaq.
Niderlandın Ensxede şəhərində yerləşən "Qrols Veste" arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bu cütün cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında deyib ki, "Qarabağ” oyundan yaxşı nəticə ilə qayıdacaq:
"Mən inanıram ki, "Qarabağ” yaxşı oynayacaq və oyundan xoş xəbərlə qayıdacaq. Mən həmişə "Qarabağ”a inanmışam. Futbolçular yenidir, hələ bir-birlərinə tam uyğunlaşmayıblar. Yeni transfer olunan futbolçular da "Qarabağ”ın oyun üslubuna və sisteminə tam öyrəşməyiblər. Düşünürəm ki, 1-2 oyundan sonra "Qarabağ” öz gücünü göstərəcək”.
Şahanə Ziyad












































