"Tvitter" yeni funksiyasını təqdim etdi: Artıq istifadəçilər ödəniş edərək...

MARAQLI
11:23 14.04.2023
249
"Tvitter"in sahibi İlon Musk sosial media platformasında məzmun istehsalçılarına abunə olmaq üçün yeni funksiyadan istifadə etməyə başlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bəzi ölkələrdə mövcud olan yeni funksiya tədricən bütün ölkələrə yayılır.

"Tvitter"dəki paylaşımında Mask "İzləyicilərinizə uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər hər cür materiala abunə təklif etmək üçün müraciət edin" deyə çağırış edib.

İstifadəçilərin "Twitter"dəki parametrlərdəki "Monetizasiya" bölməsi vasitəsilə bu xüsusiyyətdən yararlana biləcəyini ifadə edən Musk, "Twitter"in ilk 12 ay ərzində Android və iOS sistemlərinin aldığı ödənişlər istisna olmaqla, istifadəçilərdən heç bir endirim etməyəcəyini qeyd edib.

Qeyd edək ki, yeni funksiya ilə istifadəçilər ödəniş edərək istədikləri məzmun istehsalçılarının profillərinə abunə ola biləcəklər. Məzmun istehsalçıları da yalnız abunəçilər üçün məzmun istehsal edə biləcəklər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR