"Twitter" istifadəçilərinə fantastik məbləğdə pul ödədi: Hər kəs heyrətləndi

"Twitter" istifadəçilərinə fantastik məbləğdə pul ödədi: Hər kəs heyrətləndi
DÜNYA
13:13 10.08.2023
321
İlon Maskın bu yaxınlarda loqosunu dəyişdirdiyi "Twitter" bu həftə bəzi premium istifadəçilərə reklam gəliri olaraq minlərlə dollar ödəyib.
 
AZXEBER.COM "İndependent" qəzetinə istinadən xəbər verir ki, hesablarında 100 dollardan minlərlə dollara qədər pul görən istifadəçilər heyrətlərini dilə gətiriblər.

"Twitter"i aldıqdan sonra platformada bir çox dəyişiklik edən milyarder bir neçə gün əvvəl verdiyi açıqlamada mediada paylaşdıqları və ya bəyənmələri səbəbindən iş yerində haqsızlığa məruz qalan insanlar adına məhkəməyə müraciət edəcəklərini bildirib. Mask bu şəxslərin hüquqi xərclərini də qarşılayacaqlarını deyib. Reklam gəlirlərinin bölüşdürülməsi tətbiqi bundan dərhal sonra başlayıb.

Digər tərəfdən, sonuncu funksiya reklam gəlirlərinin paylaşılması seçimi ilə bağlıdır. Bu bölməyə daxil olan istifadəçilər birbaşa Twitter-dən reklam paylaşımı almaq üçün tələblərə cavab verib-vermədiklərini görə bilərlər.
 
Qeyd olunan şərtlər aşağıdakılardır:

1. Twitter Blue istifadəçisi olmaq

2. Son 3 ayda paylaşılan yazılara ümumilikdə ən azı 15 milyon baxış olmalıdır

3. Ən azı 500 izləyiciniz olmalıdır

Avqustun 5-də Mask elan edib ki, istifadəçi reklam gəlirlərinin bölüşdürülməsinə uyğun olmaq üçün əvvəlcə mavı işarə abunəçisi olmalıdır:

Mavi abunəçi deyilsinizsə, reklam pulu X-də qalır. Bu proqram hər kəs üçün açıqdır.

Qeyd edək ki, "Twitter Blue" vebsayt vasitəsilə qeydiyyatdan keçənlər üçün ayda 8 dollar, ildə isə 84 dollara başa gəlir. İOS və ya Android proqramı vasitəsilə ödənişli xidmətə qoşulmaq istəyənlər ayda 11 dollar, ildə isə 114,99 dollar ödəyirlər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR