"Twitter"də yeni dəyişiklik: Ən çox istifadə edilən funksiya silinir

MARAQLI
00:17 08.05.2023
291
Məşhur iş adamı İlon Mask satın aldığı Twitter-də yeni dəyişiklik edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkədə 'axtar' funksiyasından yalnız qeydiyyatdan keçmiş istifadəçilərin faydalana biləcəyi bildirilib. 
 
Müvafiq olaraq, qeydiyyatdan keçməmiş istifadəçilər artıq Twitter-də nə isə tapmaq üçün hesab yaratmalı olacaqlar.

Twitter hesabı olmayan istifadəçilər yalnız "kəşf et" hissəsinsə seçilmiş tvit siyahısına daxil ola biləcəklər.

"Kəşf et” hissəsinə daxil olmayan istifadəçilərə göstəriləcək paylaşımların necə müəyyən ediləcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, İlon Mask Twitter-i satın aldıqdan sonra bir çox dəyişiklik olub. 

Əsas səhifəni iki hissəyə ayıran Mask alqoritmik olaraq tövsiyə edilən və izlənməyən istifadəçilərin tvitlərinin də göründüyü "Sizin üçün" bölməsi ilə yalnız izlənilən istifadəçilərin paylaşımlarının göründüyü "İzləndi" bölmələrini əlavə edib.

Maskın etdiyi bu dəyişiklik istifadəçilər və sosial media mütəxəssisləri tərəfindən tənqid edilib.

Mikayıl

OXŞAR XƏBƏRLƏR