“Twitter”in dəyəri aşağı düşür

MARAQLI
12:27 01.06.2023
203
İnvestisiya və sərvət idarəçiliyi firması "Fidelity”in məlumatına görə "Twitter” İlon Maskın sosial media platforması üçün ödədiyi məbləğin yalnız üçdə birinə dəyər.

AZXEBER.COM xəbər verir ki, SpaceX və Tesla-nın rəhbəri, milyarder sahibkar İlon Mask keçən il "Twitter”i 44 milyard dollara satın alıb. 

"Fidelity”ə görə, "Twitter” İlon Maskın ödədiyi məbləğin yalnız üçdə birinə dəyər. Əslində, şirkətin son bir ildə yaşadığı iqtisadi problemləri nəzərə alsaq, bu azalma təəccüblü deyil.

Maskın məzmuna nəzarətlə bağlı qərarları şirkətin reklam gəlirlərinin 50% azalmasına səbəb olub. 

Məlumata görə, məşhur milyarder 187 milyard dollarlıq sərvətindən təxminən 850 milyon dollar itirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR