"Twitter"in yeni baş direktorundan ilk açıqlama: "Hələ İlon Mask qədər məhsuldar deyiləm"

"Twitter"in yeni baş direktorundan ilk açıqlama: "Hələ İlon Mask qədər məhsuldar deyiləm"
DÜNYA
11:39 15.05.2023
143
İlon Mask tərəfindən elan edilən Twitter-in yeni baş direktoru Linda Yaccarino ilk tvitlərini atıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Twitter-in yeni baş direktoru Linda Yaccarino 6 həftə sonra vəzifəsinin icrasına başlayacaq.

Maskın daha əvvəl elan etdiyi "Twitter 2.0" layihəsinin tətbiqinə həyat verəcək Yaccarino bu vəzifəni alacağı açıqlandıqdan sonra ilk tvitini edib.

"Twitter 2.0-ı birgə yaratdığım üçün həyəcanlıyam. Mən uzun müddətdir ki, (Maskın) daha parlaq gələcək yaratmaq vizyonundan ilham alıram. Mən bu vizyonu Twitter-ə gətirməyə və bu biznesi birlikdə yaratmağa kömək etməkdən məmnunam", - deyə Yaccarino Twitter-in yeni səhifəsində yazıb.

Yeni izləyiciləri haqqında danışan Yaccarino "Hələ İlon Mask qədər məhsuldar deyiləm, lakin bu platformanın gələcəyinə sadiqəm" deyib.

Qeyd edək ki, Yaccarino bu sahənin ən güclü qadınlarından biri hesab olunur. Onun rəhbərliyi altında NBCUniversal reklam işində mühüm addımlar atmışdı.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR