U-19 millimiz Özbəkistana qarşı

U-19 millimiz Özbəkistana qarşı
İDMAN
14:26 12.10.2025
215
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.

U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.
 

OXŞAR XƏBƏRLƏR