U-21 Ayxan Abbasovun rəhbərliyi ilə ilk matçına çıxacaq

U-21 Ayxan Abbasovun rəhbərliyi ilə ilk matçına çıxacaq
İDMAN
13:49 22.03.2025
247
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün birinci yoxlama görüşünü keçirəcək.

U-21 yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ilk oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

"Cornelia” Futbol Mərkəzində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

OXŞAR XƏBƏRLƏR